Müharibə veteranlarının müavinətləri artırılır? - AÇIQLAMA

12:35 13.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əməkhaqları, müavinət və təqaüdlərin artırılması ilə əlaqədar keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.

Nazir müavini qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.