Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynada başlayan müharibə tam sürətlə davam edir.
Bir müddət müdafiə mövqeyində olan rusların Xersondan çəkilməsi ilə müharibə yeni mərhələyə qədəm qoyarkən, Ukraynanın rus bölməsinə hücumu 'qisas alındı' notası ilə dünyaya elan edilib.
Keçən həftə Ukraynada bir xəstəxana Rusiya raketlərinin hədəfinə çevrilib və hücumda 2 günlük körpə ölüb.
Körpənin dəfn edilməsindən bir neçə gün sonra Ukrayna “qisas hücumu”na başlayıb.
Xəstəxananın yerləşdiyi Zaporojye vilayətinin qubernatoru Oleksandr Starux Kiyev qüvvələrinin cəbhə xəttində Rusiya mövqelərini vurduğunu açıqlayıb.
Britaniyanın Daily Mail qəzetinin “Öldürülən körpənin qisası” başlıqlı xəbərinə görə, raket hücumunun arxasında duran Rusiya bölməsi məhv edilib.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi general Mayk Milley Ukraynadakı müharibədə təxminən 100 min rus və 100 min ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin etdiklərini açıqlayıb.
General Milley Rusiyanın Ukraynaya müdaxiləsində 40 minə yaxın dinc sakinin həyatını itirdiyini qiymətləndirdiklərini söyləyib.
Bu, bir Qərb rəsmisi tərəfindən indiyə qədər edilən ən yüksək ölüm və ya yaralanma təxmini kimi önə çıxır.