Müşviqabad qəsəbə sakinləri ilə növbəti görüş keçirilib

14:56 24.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az-ın yazdığına görə, görüşdə millət vəkili Aydın Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, ümumilikdə səyyar qəbulda 100-ə yaxın qəsəbə sakini iştirak edib.

Görüşdə iştirak edən yerli ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkür edib, onları narahat edən problemlər barədə məlumat veriblər. Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib, problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə sakinlər məlumatlandırılıb.