Neft nazirinin müavinindən 14 milyon dollar müsadirə olunub

08:48 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraqın neft nazirinin müavini Əli əl-Bahadli korrupsiya işi ilə bağlı aparılan istintaq çərçivəsində təxminən 14 milyon dollar məbləğində vəsait və aktivlərdən məhrum edilib.

Hafta.az xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurası məlumat yayıb. Bildirilib ki, ilkin istintaq nəticəsində 11 milyon dollar və 4 milyard İraq dinarı (təxminən 3 milyon dollar) müsadirə olunub.

Məlumata görə, nazir müavininə məxsus bir sıra lüks əmlak da dövlət tərəfindən müsadirə edilib. Hazırda onunla bağlı istintaq davam edir.

İraq hüquq-mühafizə orqanlarının korrupsiya işi üzrə genişmiqyaslı əməliyyatlar keçirdiyi, o cümlədən yüzlərlə həbs orderinin verildiyi bildirilir. Rəsmilər korrupsiya şəbəkələrinin ifşasının davam etdiyini və yeni adların açıqlanacağını istisna etmirlər.