ABŞ 5 türk şirkətini “qara siyahı”dan çıxarıb

10:38 30.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiya ilə bağlı sanksiya proqramı çərçivəsində 5 türk şirkəti və iki Türkiyə vətəndaşını qara siyahıdan çıxarıb.

Hafta.az yazır ki, OFAC-ın bu gün dərc etdiyi yenilənmiş siyahıya əsasən, aşağıdakı şirkətlər çıxarılıb:

Megasan Elektronik Ticaret ve Sanayi AŞ,

SSGCTM CNC Takım Tezgâhları Makine Sanayi ve Ticaret Ltd. Şti.,

Minyon Kesici Takımlar Makine Sanayi ve Ticaret Ltd. Şti.,

Hidropark Hidrolik Pnömatik Sanayi ve Ticaret Ltd. Şti.

AYTT CNC Takım Tezgâhları Makine Sanayi ve Ticaret Ltd. Şti.

Rəcəb Çətin Aydın və Gürhan Aydının sanksiya siyahısından şəxs olaraq çıxarıldığı da açıqlanıb. OFAC qeydlərində Gürhan Aydının AYTT CNC şirkəti ilə əlaqəli olduğu göstərilib. ABŞ hakimiyyəti bu şirkətlərin və şəxslərin sanksiya siyahısından çıxarılması üçün heç bir səbəb açıqlamayıb.

Bu şirkətlər və şəxslər əvvəllər Rusiya ilə əlaqəli sanksiya proqramının bir hissəsi olaraq SDN siyahısına daxil edilmişdi. SDN siyahısındakı şəxslərin və qurumların ABŞ-da aktivləri dondurulub, ABŞ fərdlərinə və şirkətlərinə onlarla iş aparmaq qadağandır.