Kurikulum sistemi ləğv olunur?

11:21 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Əgər kurikulum sisteminin ləğv olunması ilə bağlı sual verilirsə, bu, çox ağrılıdır".

Hafta.az istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim - Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı sual-cavab sessiyasında deyib.  

Nazir bildirib ki, sistemdə bəzi adamlar kurikulum sözünün mənasını başa düşmür:

"Kurikulum sistemi necə ləğv oluna bilər? Bu sistem təhsilin məzmunu deməkdir. Təsəvvür edin, sual verirlər ki, təhsilin məzmunu ləğv olunacaqmı? Bu sualın məntiqli cavabı necə ola bilər? Bu söz artıq bizdə terminologiyaya keçib. Mən başa düşürəm ki, siz "kurikulum sualı" deyəndə tədrislə bağlı metodika suallarını nəzərdə tutursunuz. Bu da onu göstərir ki, arzu olunanla reallıq arasında böyük vaxt fərqi var".