Müəllimləri narazı salan QƏRAR

10:26 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“MİQ imtahanının iyulun 1-8-də keçiriləcəyi deyilmişdi. Bütün namizədlər də yay tətilini həmin tarixdən sonraya planlaşdırıb. İndi məlum olur ki, imtahanın dəqiq vaxtı məlum deyil və iyulun 10-dan sonra olmalıdır”.

Hafta.az xəbər verir ki, bunu folklorşünas Elyar İslamoğlu bildirib.

O qeyd edib ki, həmin dəyişiklik ucbatından neçə-neçə müəllimin istirahət planı təxirə salınıb: pizza sifarişi

“Onlar istirahət üçün əvvəlcədən bron edib, bilet alıb. İndi hamısı planlarını ləğv etməlidir. Ən azından bir ay əvvəlcədən imtahanın vaxtı təyin edilməlidir.

Əgər imtahan keçirməyi bacarmırsınızsa, onda Dövlət İmtahan Mərkəzindən xahiş edin, sizin imtahanları da keçirsin”.