Monakoda güclü partlayış - Xəsarət alanlar var

08:24 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monako Knyazlığında güclü partlayış baş verib, üç nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi knyazlıq hökumətinə istinadla məlumat yayıb. Məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

BFMTV telekanalının yaydığı məlumata əsasən, partlayış naməlum şəxsin Rue Reverend-Père-Louis-Follat küçəsində çanta qoymasından sonra baş verib. Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.

Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları şübhəlinin axtarışını davam etdirirlər.