Narkotacirin evindən marixuana aşkarlanıb

09:39 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirib. Araşdırma zamanı Elnur Mahmudovun evindən aşkarlanan narkotiki satmaq məqsədində olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.

 
Oxunma sayı 84