Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud narkotiklərlə mübarizənin hələ başlanğıc mərhələsində olduğunu və son dövrdə konkret nəticələr əldə edildiyini, narkotik alverçilərinə və qaçaqmalçılarına qarşı sərt zərbələrin davam etdiriləcəyini bildirib.
Hafta.az-ın yazdığına görə, nazir Birgə Əməliyyat Otağına baş çəkərkən vurğulayıb ki, qaçaqmalçıların və narkotik alverçilərinin heç bir halda gəncləri və təhlükəsizliyi hədəf almasına icazə verilməyəcək.
Narkotiklərlə mübarizədə təhlükəsizlik işçilərinin göstərdiyi böyük səyi yüksək qiymətləndirən şahzadə Əbdüləziz onun salamlarının ölkənin bütün bölgələrində çalışan təhlükəsizlik işçilərinə çatdırılmasını xahiş edib.
Narkotik tacirləri və qaçaqmalçıları barədə xəbər verən vətəndaşların narkotiklərlə mübarizədə rolu və məlumatlılığına diqqət çəkən şahzadə Əbdüləziz, bu məlumatların tam məxfiliklə idarə edildiyini söyləyib.