Narkotik satışında ittiham olunan şəxs 10 il azadlıqdan məhrum edilib

15:10 10.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Rəsulov Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3 cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsə 206.3.2-ci maddə ilə verilən ittiham isə sübuta yetirilməyib.

Qeyd edək ki, E. Rəsulov DİN-tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Onun üzərində 495 qram narkotik aşkar edilib.