Narkotikdən istifadəyə şərait yaradan mühit aradan qaldırılmalıdır - Hüquqşünas

18:29 20.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qanuna edilən mövcud dəyişikliyə əsasən, cəzaların sərtləşdirməsi müəyyən qədər cinayətlərin qarşısını almağa kömək edəcək.  Amma əlbəttə ki, bu yeganə yol deyil. Narkotikdən istifadəyə şərait yaradan mühit də aradan qaldırılmalıdır”.

Bunu hafta.az-a hüquqşünas Əli Mustafa narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə açıqlamasında bildirib.

Ə.Mustafa qanunda dəyişikliklərlə paralel məhz narkotikin “ağ ölüm” kimi zərərləri barədə qəzetlərdə, televizyalarda məlumatlar verilməli, maarifləndirilmə işi aparılmalı, təbliğat-təşviqat yolu ilə gənclərin şüuru aydınlandırılmalı olduğunu bildirib.

“Əslində narkotikə qarşı bütün vasitələrlə profilaktik tədbirlər görülməldir. Bu iş xüsusən orta və ali təhsil məktəblərində həyata keçirilməlidir. Əlbəttə, ən mühüm məsələlərdən biri budur ki, gənclərin məşğulluğu, mədəni işlərlə məşğul olmasına imkanlar yaradılmasıdır”.

Ə.Mustafa hesab edir ki, məlum dəyişikliklər bu cinayətləri törədən şəxslərə qarşı qanunun sərtləşdirilməsi kimi də qiymətləndirilə bilər. 

“Cinayət Məcəlləsinin 234-cü maddəsində qanunsuz olaraq narkotik vasitələrin istehsalı, psixatrop maddələrin hazırlanması istehsal etmə, saxlama, göndərmə  və ya satma, yaxud psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, emal etmə və s... məsələlərlə bağlı sanksiyalar artırılıb.  Burda 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.  Yəni cəzalar sərtləşdirilib.  Vaxtilə qanunvericilikdə olmayan məsələlər də, qanuna əlavə edilib. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, daşınması, saxlanması və eyni zamanda bu əməlllərin KİV -də, informasiya texnologiyalarından istifadə etməklə törədilməsi də artıq Cinayət Məcəlləsində cinayət əməli kimi tövsih olunur. Buna görə də, 8 ildən 15 ilə qədər ağır cəza nəzərdə tutulur”. 

Oxunma sayı 36