NATO İranın Türkiyəni hədəf almasını qınayır

17:12 04.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO İrandan Türkiyə istiqamətinə raket atılmasını pisləyib.

Hafta.az xəbər verir ki, bununla bağlı NATO-nun sözçüsü Allison Hart deyib.

“İranın regionda fərq qoymadan həyata keçirdiyi hücumlar fonunda NATO Türkiyə də daxil olmaqla müttəfiqlərini qətiyyətlə dəstəkləyir”,- Hart bildirib.

Qeyd edək ki, Türkiyə İran tərəfindən atılan raketi öz hava sahəsi yaxınlığında zərərsizləşdirib.