Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Qara Dəniz Donanmasının Krımda yerləşən qərargah binasına hücumu NATO-nun müşahidə və yönləndirmə sistemlərinin dəstəyi ilə həyata keçirdiyi iddia edilib.
Hafta.az-ın yazdığına görə, keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter YouTube-da Ceff Normanın "Müfəttişdən soruş" proqramında Ukraynanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına hücumda NATO-nun iştirakını açıqlayıb.
Amerikalı ekspert vurğulayıb ki, Rusiyanın qərargahına hücum Böyük Britaniya, ABŞ və NATO-nun iştirakı olmadan baş verə bilməzdi.
Ritter NATO kəşfiyyat təyyarəsi “Boeing P-8 Poseidon”un Krım yarımadasına raket hücumu zamanı havada olduğunu və bu yüksək inkişaf etmiş kəşfiyyat avadanlığının məlumat toplama və elektron müharibə üçün nəzərdə tutulduğunu bildirib.
Ekspert əmindir ki, təyyarə Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini əlaqələndirmək üçün xüsusi təlim keçib. Onun fikrincə, raket hücumu Ukraynanın deyil, NATO-nun Rusiyaya hücumudur.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri sentyabrın 22-də Sevastopola raket zərbəsi endirib. Hücum nəticəsində Qara Dəniz Donanmasının tarixi qərargah binasına ziyan dəyib, ölənlər var.