Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, NATO “Qara dənizdən Baltik dənizinə qədər” iştirakını artırmağı planlaşdırır. Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, gücləndirmə mütləq aparılacaq.
“Biz NATO-nun Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu gücləndirəcəyik. Və bu səylərin bir hissəsi olaraq biz davamlı olaraq bir-birimizlə işləyirik...”, - ABŞ dövlət katibi Buxarestdə mətbuat konfransı zamanı bildirib.
Blinken Qara dəniz bölgəsinin NATO üçün strateji əhəmiyyət daşıdığını da vurğulayıb.