NATO Rusiyanı üç günə məğlub edər - ABŞ-dan açıqlama

12:25 20.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Respublikaçıların nümayəndəsi Adam Kinzinger bildirib ki, NATO üç gün ərzində Rusiyanı məğlub edə bilər. Onun sözlərini Amerikanın “Newsweek” jurnalı yazır.

“Ümid edirəm ki, bu zarafatdır. NATO-nun Rusiyaya qarşı müharibəsi əsl üç günlük əməliyyata bənzəyəcək”, - amerikalı parlamentari sosial şəbəkə istifadəçisinin NATO-nun nə üçün Rusiyanı hələ də açıq qarşıdurmada məğlub etmədiyi sualına cavab olaraq Twitter hesabında yazıb.

Bildirilir ki, konqresmen Rusiyanın hərbi əməliyyatının ilk günlərindən Ukraynaya fəal dəstək verib.
Newsweek qeyd edir ki, Polşada baş verən raket insidentindən sonra NATO ilə Rusiya arasında genişmiqyaslı müharibənin başlaması ilə bağlı qorxular artıb. NATO-nun baş katibi Yens Stoltenberq də öz növbəsində Qərblə Rusiya arasında birbaşa toqquşma ehtimalını istisna etməyib və belə bir ssenarinin real olduğuna “şübhə olmadığını” deyib.