NATO silah istehsalını artırmaq üçün çalışır - Stoltenberq

19:12 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO alyansın ehtiyatlarını artırmaq və Ukraynaya dəstək vermək üçün silah istehsalını kütləvi şəkildə artırmaq üzərində işləyir. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin “The Financial Times” üçün yazdığı məqalədə deyilir.

NATO baş katibinin dediyi kimi, bu ilin fevralından müttəfiqlər Ukraynaya hava hücumundan müdafiə sistemləri, silahlar, döyüş sursatları, yanacaq, qış geyimləri və generatorlar verib.

O, məqaləsində bunun yer üzündəki vəziyyəti hər gün dəyişdirdiyini qeyd edir.

Stoltenberq yazır: “NATO, həmçinin müdafiə sənayesi ilə işləyir və bizim müdafiə planlaşdırma prosesimizin bir hissəsi kimi tükənmiş silah və sursat ehtiyatlarını doldurmaq və istehsalı əhəmiyyətli dərəcədə artırmaq”.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Rusiya Federasiyasının sərhədlərində NATO-nun mövcudluğunu azaltmaq istəyir, lakin “o, əksinə – daha güclü və daha böyük NATO əldə edib”.
O, həmçinin əlavə edib ki, hazırda Şimali Atlantika şərq cinahında mövcudluğunu və qüvvələrinin hazırlığını daha da gücləndirir.