NATO Trampın qəzəbindən silkələnir

13:12 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali Atlantika Alyansı ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrin müdafiə xərclərini azaltmaq qərarına qarşı qəzəbindən qorxuya düşüb.

Hafta.az xəbər verir ki, “The Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Onların sözlərinə görə, Çexiya müdafiə xərclərini ümumdaxili məhsulunun 2 faizindən aşağı salmağı planlaşdıran bir neçə ölkədən biridir.

Bu, NATO rəsmiləri üçün ciddi problemdir, çünki Donald Tramp artıq İrana qarşı müharibəsini dəstəkləməyən bir çox müttəfiqinə qarşı qəzəbini ifadə edib.

Qeyd olunur ki, NATO digər ölkələrin də Çexiyadan nümunə götürərək hərbi xərclərini azalda biləcəyindən narahatdır.

Bir müddət öncə Çexiyanın Baş naziri Andrey Babiş Praqanın bu il NATO-nun müdafiə xərcləri hədəfinə çata bilməyəcəyini elan edib.