Yazını böyüt
Yazını kiçilt
NATO-nun baş katibi Yens Stoltenberq şəxsən İsveç baş naziri Ulf Kristerssona təzyiq edir və Stokholmun Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürülən şərtlər çərçivəsində onu Türkiyəyə güzəştə getməyə sövq edir. Bu barədə “Al-Monitor” mənbələrə istinadən yazır.
“İdeya ondan ibarətdir ki, Stoltenberq Kristerssonun noyabrın 8-də Ankaraya səfəri üçün yol açır”, - adının açıqlanmasını istəməyən mənbə bildirib.
Noyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yens Stoltenberqlə görüşməyi planlaşdırır. Ekspertlər əmindirlər ki, 2023-cü ildə keçiriləcək ümumi seçkilər başlamazdan əvvəl Türkiyə prezidenti isveçlilərə qarşı iddialarından əl çəkməyəcək.