NATO Ukraynada münaqişənin yazda kəskinləşməsindən qorxur

14:41 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Financial Times tədbirində onlayn çıxışı zamanı bildirib ki, NATO 2023-cü ilin yazında Ukraynada münaqişənin kəskinləşməsindən ehtiyat edir, çünki Rusiya Federasiyasının mümkün qələbəsinin nəticələri olacaq.

“İndi biz görürük ki, Rusiya yenidən qruplaşmaq, toparlanmaq və gələn ilin yazında böyük hücuma başlamaq üçün qısa müddətə hərəkətləri dondurmağa çalışır”.

Alyansın baş katibi vurğulayıb ki, bu şərtlər daxilində NATO Rusiyanın qələbəsinin qarşısını almaq üçün Kiyevə dəstəyi davam etdirməyi planlaşdırır ki, bu da NATO-nu “daha ​​həssas” edəcək.

Oxunma sayı 1352