Naxçıvan Hərbi Kollecində buraxılış mərasimi keçirilib - FOTO

21:29 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birinci buraxılış mərasimi keçirilib. 

Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və digər vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Sonra Naxçıvan Hərbi Kollecinin rəisi buraxılış mərasiminə hazırlıq barədə Əlahiddə Ümumqoşun Ordunun komandanına məruzə edib.

Mərasimdə çıxış edən general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə sədaqətlə xidmət etməyin, hərbi andı daim uca tutmağın və Azərbaycan hərbi qulluqçusu şərəfli adını layiqincə qorumağın vacibliyini vurğulayıb.

Sonra Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə şərəflə xidmət etməyi, peşəkar hərbi qulluqçu kimi daim inkişaf etməyi arzulayıb.

Mərasimdə Naxçıvan Hərbi Kollecini fərqlənmə ilə bitirən məzunlara sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. Daha sonra kolleci bitirən digər məzunlara rəhbər heyət tərəfindən sertifikatlar təqdim edilib.

Kolleci birinciliklə başa vuran məzun tərəfindən rəmzi yaş kötüyünə xatirə simvolu vurulub, Naxçıvan Hərbi Kollecinin Döyüş Bayrağının təhvili və qəbulu mərasimi icra olunub.

Tədbir şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.