Naxçıvanda tələbə dəm qazından öldü

16:02 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.

Hafta.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Toğrul Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.