Naxçıvanda yanacaqdoldurma məntəqəsində 71 yaşlı kişi ölüb

13:52 30.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda yanacaqdoldurma məntəqəsində 71 yaşlı vəfat edib.

Hafta.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən məntəqədə dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, E.Şahbazov ürək tutması nəticəsində dünyasını dəyişib.apa