Nazir parlament sorğusundan yayınmaq üçün istefa verdi

11:35 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveytdə dərc olunan qərarnaməyə əsasən, parlamentdə gözlənilən iki sorğu-sualından bir gün əvvəl ictimai işlər naziri Amani Süleyman Bukamazın istefası qəbul edilib.

Hafta.az-ın MENA-ya istinadən yazdığına görə, Bukamazın səlahiyyətləri müvəqqəti olaraq Elektrik, Su və bərpa olunan enerji naziri Casim əl-Stada həvalə olunub.

Bu istefa Milli Məclisin yeni sessiyasının açılışına bir gün qalmış baş verib. İlk iclasda iki deputatın 2022-ci ilin oktyabrında nazir vəzifəsinin icrasına başlayan Bukamaza təqdim etdiyi iki sorğunun müzakirəsi planlaşdırılırdı.

Dindirmələr çox sayda mövzu və ittihamları əhatə edir. Bunlardan ən mühümləri yeni yolların salınmaması və ya onlara texniki qulluq və təmir edilməməsi, layihələrin ləngidilməsi, korrupsiya, mənfəətpərəstlik, maraqların toqquşması, dövlət pullarının israf edilməsi, o cümlədən podratçıların gecikdirilmiş cərimələrinin yığılmasında səhlənkarlıqdır.

İttihamlar arasında konstitusiya və qanun pozuntuları, deputatların suallarına cavab verilməməsi, dövlət vəsaitinin israf edilməsi, qanunun icra edilməməsi, öz vəzifələrini yerinə yetirməməsi, Mülki Aviasiya Orqanının fəaliyyətində uğursuzluq və səhlənkarlıq, manipulyasiyalar da var. Lakin nazir bu ittihamları rədd edir.

Parlamentin üzvü Mübarək əl-Taşa onun dindirilməsi zamanı irəli sürülən ittihamlarla bağlı parlamentdə araşdırma komissiyasının yaradılmasını istəyib.

Ötən ilin sentyabrında Küveyt müxtəlif iqtisadi sənədlərin idarə olunması ilə bağlı hökumətlə mübahisənin ardından portfel sahibi istefa Verdi. Bundan sonra hökumət maliyyə və təhsil naziri təyin etməklə məhdud kadr dəyişikliyinə getdi. Həmin vaxt Küveyt Xəbərlər Agentliyi məlumat vermişdi ki, Fəhd əl-Karullahın maliyyə naziri, Adil əl-Mani ninisə ötən ilin iyulunda istefa vermiş nazir Manaf Əbdüləziz əl-Hacirinin yerinə təhsil naziri təyin edilməsi haqqında fərman verilib.

Küveyt dünyanın ən böyük neft ehtiyatlarından birinə və güclü fiskal tarazlığa malikdir, lakin siyasi çəkişmələr və institusional dalan ölkənin neft gəlirlərindən ağır asılılığını azaltmağa yönəlmiş investisiyaları və islahatları əngəlləyib. Maneələrlə üzləşən əsas islahatlar arasında Küveytə beynəlxalq bazarlardan kredit almağa icazə verən dövlət borcu qanunu da var idi, lakin bu qanun həm də millət vəkillərinin müqaviməti ilə üzləşdi.

Bu zəngin ölkədəki mühafizəkarlar və bir sıra siyasi partiyalar ictimai maraq doğuran bir çox məsələlər, məsələn, mənzil, təhsil və vətəndaşlıq, əməkhaqqı və iş imkanları ilə bağlı debatlarda iştirak edirlər.