Nazirlik və məşhur şirkət memorandum imzaladılar

14:15 06.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Almaniyanın "John Deere Walldorf International GmbH" şirkəti arasında Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Hafta.az xəbər verir ki, bu, 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu çərçivəsində baş tutub.

Sənədi kənd təsərrüfatı naziri Məcnun Məmmədov və "John Deere Walldorf International GmbH"in MDB üzrə vitse-prezidenti Piter Zase imzalayıblar.

Həmçinin İslam Qida Təhlükəsizliyi Təşkilatının Nizamnaməsinin rəsmi imzalanma mərasimi də baş tutub.