Neftçalada zəlzələ olub

22:28 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Hafta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Ocağı 32 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar yaxın sərhəd rayonlarda hiss edilməyib.