“Neftçi”nin futbolçusu Kipr klubuna keçir

13:01 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi”nin yetirməsi, kiçik yaşlarından “ağ-qara” formanı geyinən Murad Məmmədov Kiprin “Pafos” klubuna keçir.

Hafta.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidmətindən bildirilib. Transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyunda 4 qolla yadda qalıb. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.