Yazını böyüt
Yazını kiçilt
Nepalın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib.
Məlumata görə, təbii fəlakətin mənbəyi 24,7 kilometr dərinlikdə olub. Zəlzələnin episentri Bharatpur kəndindən 35 km şimal-şərqdə yerləşib.
Hazırda seysmik hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.