Nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb

16:14 09.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisindən yanvarın 8-də “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ş.Məlikov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.