Nərimanovda yaşayış binasında yanğın olub - bir nəfər xilas edilib

16:32 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində iki ədəd sayğac və bir poqonometr kabel yanıb.

Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzildən bir nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 31