“Netanyahu həbs qərarına görə narahatdır"

10:34 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Binyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən onun barəsində həbs orderinin verilməsi ehtimalından “qeyri-təbii əsəbi” olduğu bildirilir.

Hafta.az-ın “Maariv” qəzetinə istinadən yazdığına görə, Netanyahunun son bir neçə gündə ona qarşı həbs qərarının qarşısını almaq üçün başda ABŞ prezidenti Co Bayden olmaqla beynəlxalq liderlər və rəsmilərlə çoxlu telefon zəngləri olub.

İsrail baş nazirinin prezident Baydenə mümkün həbs qərarına qarşı hərəkətə keçməsi üçün dolayı yolla təzyiq göstərməyə çalışdığı bildirilib.

İsrailin “Kanal 13” televiziyası Milli Təhlükəsizlik Şurasının baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevinin beynəlxalq həbsinə order verilməsi imkanını nəzərdən keçirdiyini bildirib.

Netanyahunun BCM-nin mümkün qərarının qarşısını almaq üçün Niderland, Çexiya və Avstriyadan olan həmkarları ilə görüşəcəyi bildirilib.

Bu çərçivədə İsrailin strateji işlər naziri Ron Dermer və İsrailin Vaşinqtondakı səfiri Mayk Herzoq ABŞ Konqresi və prezident Co Baydenlə təmasda olacaq.

Bildirilib ki, İsrail rəsmiləri beynəlxalq həbs orderlərinin aşağı səviyyəli əsgərlərə deyil, “siyasətçilərə qarşı” verilməsini gözləyirlər.

Xəbər verildiyi kimi, İsrail BCM-nin beynəlxalq həbs qərarı verəcəyi təqdirdə bir sıra “fövqəladə tədbirləri”, o cümlədən “ICC-nin qərarına qarşı beynəlxalq siyasi kampaniyaya başlayacağını” təsdiqləyib.

İsrail telekanalı aprelin 19-da bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin yüksək rütbəli məmurları üçün Qəzza zolağında hərbi cinayətlər törətdiklərinə görə beynəlxalq həbs qərarı çıxarmağa çalışır.

Siyasət rubrikasından digər xəbərlər