Niderland səfiri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub - FOTO

12:32 21.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderland Krallığının Azərbaycandakı səfiri Marianne de Jong Van Oord ilə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.

Hafta.az yazır ki, səfər çərçivəsində Azərbaycanla Niderland arasında mövcud əməkdaşlıq, xüsusilə logistika və nəqliyyat sahəsində tərəfdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Niderland  şirkətlərinin limandakı fəaliyyəti, Orta Dəhliz üzrə artan əhəmiyyət və bu istiqamətdə potensial əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.