Niyə ispanların iki soyadı və iki adı var? – SƏBƏB

12:05 14.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hamımız buna öyrəşmişik ki, insan doğulanda bir ad alır və bütün həyatı boyu onu daşıyır. Ancaq İspaniyada məntiq tamam başqadır - orada uşağa iki soyad verilir - ana və atanın soyadı.

Maraqlıdır ki, onun valideynlərinin də iki soyadı var - bu halda hansının seçiləcəyini anlamaq vacibdir. Bir qayda olaraq, "kişi" soyadı ötürülür - yəni yeni doğulmuş uşağın babasının soyadı, ata tərəfindəki soyad.

İspaniyada qadının evləndikdən sonra ərinin soyadını götürməsi adət deyil - əksər qızlar öz soyadlarını saxlayırlar.

İspanlarda körpənin doğulması zamanı valideynlər ona cinsinə uyğun bir ad verirlər, ikinci ad isə ana və atanın xoşuna gələn olur. İspanların mömin olduqlarını başa düşmək vacibdir, buna görə də çox vaxt qız üçün ilk ad Məryəm, oğlan üçün isə Xosedir. İspaniyada inanırlar ki, uşağa nə qədər çox ad qoyulsa, bir o qədər çox mələk onu qoruyacaq.

Çoxlu adların ən nadir nümunələrindən biri rəssam Pablo Pikassodur. Yaradıcının tam adının Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santisima Trinidad Martir Patricio Ruiz və Picasso olduğunu az adam bilir.

Ləman Əliyeva