Nizami kəndində ikimərtəbəli evdə yanğın olub

20:03 14.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda yanğın hadisəsi olib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Nizami kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.