Növbəti VII İslam Həmrəyliyi Oyunları bu ölkədə KEÇİRİLƏCƏK

21:14 10.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub.

Hafta.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O, VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.