Novxanıda yeni yarımstansiya tikiləcək

21:36 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Novxanı qəsəbəsində 35/6 kV-luq yeni yarımstansiya tikiləcək.

Hafta.az xəbər verir ki, bununla bağlı müvafiq prosedurlara start verilib.

Belə ki, qəsəbə ərazisində yerləşən mövcud 6/0.4 kV-luq 919 saylı Paylayıcı Qurğunun (PQ) əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdə tutulub.

Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 105 696 manatdır./oxu.az/