7 fevral Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Prezidentin andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır” fikirləri dünyaya verilən mühüm mesaj, xalqımızın gələcəyini aydınladan yol xəritəsidir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Deputat Bakının erməni daşnaqlarının işğalından azad edilməsində müstəsna rolu olan türk sərkərdəsi Nuru Paşanın doğuşu və ölümünün ildönümləri ilə əlaqədar adının Azərbaycanda əbədiləşdirilməsi ilə bağlı təklif verib.
“Bakının işğaldan azad olunmasında rolu olan Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı konkret işlər görülsün. Onun Bakının görkəmli yerində heykəli qoyulsun, yaxud adına küçə verilsin”-deyə deputat qeyd edib.