Nyu-York bələdiyyəsi qərarını verdi: Məscidlərdə azan oxunacaq

10:45 30.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nyu-York bələdiyyəsinin sədriErik Adams şəhərdəki məscidlərdə cümə günləri və Ramazan ayında iftar vaxtı azan verilə biləcəyini deyib və ABŞ-ın azadlıqlar ölkəsi olduğunu xatırladıb.

Hafta.az-ın yazdığına görə, mətbuat konfransında danışan Adams, "Bürokratiyanı aradan qaldırırıq və açıq şəkildə deyirik ki, hər hansı bir ritual və ya ibadət yerindəsinizsə, cümə namazını daha açıq şəkildə qılmaq üçün icazə müraciətə ehtiyac yoxdur" deyib.

Şəhər Bələdiyyəsinin qəbul etdiyi qərara uyğun olaraq, Nyu Yorkda azan Ramazan ayının iftar vaxtı “məqbul səviyyədə” saxlanılması şərti ilə ilk cümə günü saat 12.20-13.30 arasında veriləcək.

Müxtəlif məscid dərnəkləri və müsəlman fondlarının nümayəndələrinin iştirak etdiyi toplantıda Adams onlara "Nyu Yorkda inancınızı həyata keçirməkdə azadsınız. Qürur duyuram, nəhayət, bu gün bunu edirik" deyib.

Müsəlman liderlərinə xitabən Adams, İslamın Nyu York mədəniyyətinin xristianlıq, yəhudilik və digər inanclar kimi mühüm elementi olduğunu və məscidlərin böyük əhəmiyyət daşıdığını bildirərək, “Sizə layiq olduğunuz tanınmanı təmin etməyə sadiqik” deyib.

Nyu Yorkun azadlıqlar və hüquqlar baxımından bir çox sahədə qabaqcıl olduğunu bildirən Erik Adams qanunda olduğu kimi hamıya bərabər davrandıqlarını, qaydaları heç kimə və ya hər hansı bir qrupa fayda gətirmək üçün dəyişdirmədiklərini vurğulayıb.