Ödəmə terminalından oğurluq edənlər tutuldu

12:43 21.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.