Odessaya raket hücumu nəticəsində 5 nəfər ölüb

20:24 23.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. Onun sözlərinə görə, həlak olanlardan biri 3 aylıq körpə olub.

Ukrayna Hava Hücumundan Müdafiə Qoşunlarının “Cənub” Komandanlığının yaydığı məlumata görə, aprelin 23-ü saat 14:00-dan 15:00-dək Rusiyanın qanadlı raketlərinin məhv edilməsi üzrə döyüş əməliyyatları keçirilib. Raketlər TU-95 strateji təyyarəsi ilə buraxılıb. Uçuş korreksiyası aparan düşmənin iki raketi və iki pilotsuz uçuş aparatı məhv edilib.

Bildirilir ki, raketlərdən ikisi hərbi obyektə, 2-si isə yaşayış binalarına düşüb.