Oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub

17:56 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, qətlə yetirilən 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.