Oğuzda BMW aşdı - Ölən var

20:44 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Belə ki, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.