Oğuzda üç avtomobil toqquşub

22:18 26.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Padar kəndində qeydə alınıb.

Qəza zamanı müxtəlif markalı üç avtomobil toqquşub.

Nəticədə Gəncə şəhər sakini, 39 yaşlı Əbülfət Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Qəzada yaralanan şəxs dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.