“Olimpiakos” 4-cü dəfə Avroliqanın qalibi olub

11:49 25.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Basketbol üzrə Avroliqanın qalibi bəlli olub.

Hafta.az xəbər verir ki, Yunanıstanın Afina şəhərində baş tutan finalda yerli “Olimpiakos” ilə İspaniyanın “Real Madrid” komandası üz-üzə gəlib. Qarşılaşma yunanların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, “Olimpiakos” tarixində dördüncü dəfə Avroliqanın qalibi olub.

Yunanıstan klubu daha əvvəl 1997, 2012 ve 2013-cü illərdə bu titulun sahibi olmuşdu.