Oliqarx işsiz qulluqçu qıza məhkəmədə qalib gəlib

12:19 09.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı iş adamı, Alfa Group-un qurucusu və “Forbes” jurnalına görə 12,6 milyard dollarlıq sərvətin sahibi Mixail Fridman Londondakı malikanəsi Athlone House-un qulluqçusunun iddiasını qazanıb.

Hafta.az-ın yazdığına görə, iddiaçı Dominika Kozlik Fridman 2022-ci ilin yazında Ukrayna müharibəsinə görə Britaniyanın tətbiq etdiyi sanksiyalara məruz qaldıqda analıq məzuniyyətində idi. Bu müddət ərzində Fridman hesabları dondurulduğu üçün evin qulluqçularına pul verməyib.

Ötən ilin oktyabrında London Ali Məhkəməsi iş adamının mülkünün saxlanması üçün, o cümlədən işçilərin maaşlarının dondurulmuş vəsaitlərdən ödənilməsinə qoyulan qadağanın aradan qaldırılması tələbini rədd edib.

Bu vəziyyətə görə Kozlik hamiləlik və doğuşla bağlı hüququ olan müavinətlərini itirib və 2022-ci ilin mart ayında işdən çıxarılıb. 2015-ci ildən Fridman üçün işləyən qadın 2021-ci ilin noyabrında bir illik analıq məzuniyyətinə çıxıb və qanuna görə, bu müddət ərzində aylıq 1500 funt sterlinq analıq məzuniyyəti almalı idi.

Kozlik Fridmana qarşı məhkəmə iddiası qaldıraraq, onun hamiləliyi zamanı cinsi ayrı-seçkilik və müqaviləni pozaraq onu haqsız yerə işdən çıxardığını iddia edib. Lakin o, Kozlikin sadəcə “prosesin qurbanı” olduğunu və qanunla tənzimlənən cinayət törətmədiyi üçün iş adamının ona pul ödəməyə borclu olmadığına qərar verib.

Fridmanın illərlə işləmiş qadına analıq məzuniyyətində ayda 1500 funt sterlinq ödəməkdən yayınması məsələnin məhkəməyə qədər getməsinə şərait yaratması ilə bağlı sosial mediada yazılan şərhlərdə çoxlu tənqidlər olub.

Bir müddət London-İsrail xəttində yaşadıqdan sonra tez-tez Moskvaya gəldiyi bildirilən Fridman, ona qarşı sanksiyaların əsassız olduğunu bildirərək, 2022-ci ildə Londonda məhdudiyyətlər altında olan həyatını ev dustaqlığına bənzədib.

Fridmani ABŞ və Aİ-nin, eləcə də Britaniyanın sanksiyası siyahısındadır.