Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

10:00 19.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə üzrə COVID-19 virusuna son yoluxma statistikası açıqlanıb.

Hafta.az koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, Bakıda yoluxma əvvəlki göstəricilərlə müqayisədə 54.2 faizdən 54 faizə enib.

Sonrakı yerlərdə 13.4 faizlə Abşeron, 12.2 faizlə Aran, 7.1 faizlə Gəncə-Qazax, 3.6 faizlə Şəki-Zaqatala, 3.1 faizlə Quba-Xaçmaz, 2.5 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.5 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ölkə üzrə ən aşağı yoluxma ənənəvi olaraq, Naxçıvan Muxtar Respublikasındadır. Muxtar Respublikada yoluxma faizi ötən statsitika (0.7 %) ilə müqayisədə 0.1 faiz azalaraq 0.6 faiz olub.

Rəsmi məlumata görə, ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0.4 faizini təşkil edir.

Oxunma sayı 19