Ölkədə küləkli hava müşahidə olunur

18:04 04.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Hafta.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 17:00-a olan məlumatına əsasən, qərb küləyinin maksimal sürəti İsmayıllıda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Tərtər, Yardımlıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan MR-da 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.