Ölkəmizdə yeni iş yerlərinin açılmasına ehtiyac var - Deputat

11:42 10.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Ölkəmizdə yeni iş yerlərinin açılmasına ciddi ehtiyac var. Xüsusilə gənclər bu istiqamətdə böyük problemlərlə üzləşirlər”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Azərbaycana səfəri çərçivəsində etdiyi çıxış zamanı deyib.

Deputat bildirib ki, ABŞ-la Azərbaycan arasında əməkdaşlıq genişləndirilməli və bir çox sahələr üzrə əlaqələr qurulmalıdır. Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatının inkişafı istiqamətində ABŞ-la əməkdaşlıq vacibdir və bu sahədə Amerika mütəxəssislərinin təcrübəsindən istifadə olunmalıdır.

Q.Həsənquliyev elektronika sahəsində də ABŞ investisiyalarının cəlb edilməsini zəruri hesab edib. O, qeyd edib ki, bu sahələrdə əməkdaşlıq yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verə bilər.

Deputat ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Azərbaycana bu gün gözlənilən səfəri zamanı qeyd olunan istiqamətlər üzrə mühüm əlaqələrin qurulacağına ümid etdiyini bildirib.

Tahirə Qafarlı