Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Bursa şəhərində qandonduran cinayət yaşanıb. Hafta.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iki uşaq atası Tələt Aslan qaynına "bacına zərər verəcəyəm" mesajını göndərdikdən sonra evə daxil olub.
Hələlik bilinməyən səbəblər üzündən arvadına çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib. Daha sonra isə yan otağa keçərək özünü iplə qaz borusundan asıb.
Mesajı alan qaynı bacısı Xədicə Aslanın qonşuluğunda yaşayan yaxınlarını arayıb. Qapı açılmayınca, qonşular evə balkondan daxil olublar. Xədicənin evdə qanlar içində qalan cəsədini görəndən sonra, yan otaqda da Tələt Aslanın asılmış meyidini tapıblar.