Onlarda intiharların qarşısını süni intellektlə almaq olur

13:00 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada bəzi stansiya və binalarda intihar hallarının qarşısını almaq üçün süni intellekt sistemindən istifadə edilir.

Hafta.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 40 stansiya və kommersiya obyektində tətbiq edilən sistem təhlükəsizlik kameraları vasitəsilə insanların davranışlarını izləyir və riskli vəziyyətləri əvvəlcədən müəyyən etməyə çalışır. Süni intellekt platforma kənarında dayanmaq və ya təhlükəli hərəkətlər kimi əlamətləri aşkar etdikdə dərhal təhlükəsizlik əməkdaşlarına xəbərdarlıq göndərir. Bəzi hallarda isə birbaşa səsgücləndirici ilə məlumat verilir.

Sistem tətbiq olunduqdan sonra ən azı iki nəfərin həyatını xilas etməyə kömək edib. Sistem, həmçinin zorakılıq, xəstəlik və hərəkətsizlik kimi halları da müəyyən edə bilir. Hazırda texnologiya Tokio və Kanagava bölgələrində stansiya və ticarət obyektlərində istifadə olunur.